30 sentyabr 2026. Çərşənbə

UEFA əfsanəvi qapıçını mükafatlandıracaq


UEFA əfsanəvi qapıçını mükafatlandıracaq

Əfsanəvi italiyalı qapıçı Canluici Buffon UEFA prezidentinin mükafatını alacaq.

90deqiqe.Az xəbər verir ki, avqustun 29-da “Yuventus”un keçmiş qapıçısı möhtəşəm nailiyyətləri, usta oyunu və mükəmməl şəxsi keyfiyyətlərinə görə qala tədbirində mükafatlandırılacaq.

“"Cianluici karyerasının zirvəsində B Seriyasında komandasında qalması çox şey deməkdir” - UEFA rəhbəri Aleksander Çeferin italyan haqda danışıb.

Buffon klub karyerası ərzində “Yuventus”, PSJ və “Parma”da çıxış edib. İtaliya millisinin heyətində Canluici 176 oyun keçirib və 146 qol buraxıb.







İtaliya S.A.