9 iyul 2026. Cümə axşamı

38 yaşında karyerasını bitirdi


38 yaşında karyerasını bitirdi

Portuqaliyalı yarımmüdafiəçi Migel Veloso 38 yaşında karyerasını bitirib.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Velosonu bundan sonra məşqçilik karyerası gözləyir, o, "Piza"nın sükanı arxasında Filippo İnzaqinin məşqçilər korpusunda yer alacaq.

“Piza” Velosonun ötən mövsümü komandada keçirdiyi son klubdu.

Əvvəllər “Sportinq Lissabon”un yetirməsi karyerası boyu doğma klubunda, həmçinin “Cenoa”, “Dinamo Kiyev” və “Verona”da çıxış edib. Karyerasının əvvəlində Portuqaliya millisində də çıxış edən Veloso komandanın heyətində ümumilikdə 56 oyun keçirib və üç qol vurub.







İtaliya S.A.

Menyan "Çelsi"yə keçə bilər
  • İtaliya S.A.
  • 22:59 03.07.2026
Menyan "Çelsi"yə keçə bilər
"Roma" Dibalanı komandada saxlayır
  • İtaliya S.A.
  • 22:28 02.07.2026
"Roma" Dibalanı komandada saxlayır