- İtaliya S.A.
- 15:41 21.11.2024
"Napoli"nin baş məşqçisi Antonio Konte A Seriyasının 5-ci turunun sentyabrın 21-də "Yuventus"a qarşı keçirəcəkləri oyunla bağlı gözləntilərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, jurnalist Nikolo Şira italyan çalışdırıcının dediklərini belə çatdırıb:
“Yuventus"la keçmişim var. Futbolçu kimi bu klubda on üç il keçirdim, kapitan idim və bu komanda ilə hər şeyə qalib gəldim. Klubun çətin anında üç il məşqçi kimi işləmək və qalibiyyət yolu açmaq imkanım da oldu. Mən “Yuventus”un tarixinin bir parçasıyam və çalışdırdığım komandalara həmişə hörmət etmişəm. Amma bu gün “Napoli” kimi klubu çalışdırmaqdan böyük həzz alıram”
Xatırladaq ki, Antonio Konte 1991-2004-cü illərdə "Yuventus"da çıxış edib. Konte 2011-2014-cü illərdə Turin klubunu da çalışdırıb.