30 iyun 2026. Çərşənbə axşamı

Martinez Milan derbisindəki məğlubiyyətdən danışdı


Martinez Milan derbisindəki məğlubiyyətdən danışdı

"İnter"in hücumçusu Lautaro Martinez komandasının Milan derbisindəki məğlubiyyətindən danışıb.

90deqiqe.Az xəbər verir ki, argentinalı forvard "DAZN"a bildirib ki, "İnter"in yanaşması əvvəldən səhv olub, ona görə də komandanın öz oyununda təkmilləşdirməsi üçün çox şey var.

Forvard kapitan kimi bu uğursuzluğa görə məsuliyyət daşıdığını qeyd edib.

“Mən başa düşürəm ki, keçən mövsüm etdiyimi indi edə bilmirəm. İndi edə biləcəyim tək şey güclənmək və əvvəlki səviyyəmə qayıtmaq üçün işləməyə davam etməkdir”, - deyə Lautaro əlavə edib.

Xatırladaq ki, Simone İnzaqinin rəhbərlik etdiyi "İnter" derbidə "Milan"a 1:2 hesabı ilə uduzub. “Qara-göylər”in qolunu Federiko Dimarko vurub.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı