15 may 2026. Cümə

"İnter" onu bir aylıq itirdi


"İnter" onu bir aylıq itirdi

"İnter"in yarımmüdafiəçisi Nikolo Barellanın son durumu bəlli olub.

90deqiqe.Az klubun mətbuat xidmətinə isitnadən xəbər verir ki, oyunçuya sağ budun düz əzələsinin dartılması diaqnozu qoyulub. Onun vəziyyəti gələn həftə yenidən qiymətləndiriləcək. İtaliyalı oyunçunun zədə səbəbindən təxminən 1 ay yaşıl meydanlardan uzaqda qalacağı gözlənilir.

Barella milli komandanın oktyabrın ortalarına planlaşdırılan oyunları üçün beynəlxalq fasilədən sonra yenidən fəaliyyətə məşqlərə başlayacaq.

27 yaşlı futbolçunun Çempionlar Liqasında "Srvena Zvezda" ilə oyun da daxil olmaqla, Milan təmsilçisinin ən azı üç matçını buraxacağı gözlənilir. Bu mövsüm Nikolo Barella "İnter"in heyətində 5 oyun keçirib, 1 qol və bir məhsuldar ötürmə edib.







İtaliya S.A.

Antonio Konte “Napoli”də qala bilər
  • İtaliya S.A.
  • 23:43 14.05.2026
Antonio Konte “Napoli”də qala bilər
“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi