28 sentyabr 2024. Şənbə

"Milan"ın çalışdırıcısı "Leççe" üzərində qələbədən danışıb


"Milan"ın çalışdırıcısı "Leççe" üzərində qələbədən danışıb

“Milan”ın baş məşqçisi Paulo Fonseka komandasının İtaliya çempionatının altıncı turunda “Leççe” üzərində inamlı qələbəsindən danışıb.

90deqiqe.Az xəbər verir ki, portuqaliyalı çalışdırıcı "Football Italia"ya bildirib ki, derbidən sonra futbolçularının qələbə qazanması və yaxşı gedişini davam etdirməsi çox vacib idi.

Mütəxəssis qeyd edib ki, komandada hər kəs çox gözəl başa düşür ki, bəzən eyforiyaya qalib gəlmək çətindir.

“Ancaq oyunçularım orijinal vəziyyətinə necə qayıtmalı olduqlarını başa düşdülər. Biz çox yaxşı oynadıq”

Xatırladaq ki, “rossoneri” “Leççe”ni 3:0 hesabı ilə məğlub edib. Milan klubunun qollarını Alvaro Morata, Teo Hernandes və Kristian Pulişiç vurub.







İtaliya S.A.

"Yuventus" 199 milyon zərər edib
  • İtaliya S.A.
  • 23:54 27.09.2024
"Yuventus" 199 milyon zərər edib
"Milan" Menyanla bağlı qərar verdi
  • İtaliya S.A.
  • 17:03 26.09.2024
"Milan" Menyanla bağlı qərar verdi
Rafael Varan karyerasını başa vurur?
  • İtaliya S.A.
  • 12:11 25.09.2024
Rafael Varan karyerasını başa vurur?
"İnter" onu bir aylıq itirdi
  • İtaliya S.A.
  • 17:46 24.09.2024
"İnter" onu bir aylıq itirdi