- İtaliya S.A.
- 15:41 21.11.2024
"Yuventus" klubu aha əvvəl dopinqə görə diskvalifikasiya olunmuş fransalı yarımmüdafiəçi Pol Poqba ilə müqaviləsini ləğv edə bilər.
90deqiqe.Az "Tuttomercatoweb"ə istinadən xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi 31 yaşlı futbolçu ilə əməkdaşlığa son qoymağa meyllidir, çünki hesab edir ki, futbolçunun diskvalifikasiyasının ləğv ediləcəyi ehtimalı azdır. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
Xatırladaq ki, ötən ilin avqustunda fransalı yarımmüdafiəçi dopinq testindən müsbət keçib. Fevralın 29-da antidopinq məhkəməsi futbolçunun 4 il müddətinə futboldan kənarlaşdırılması qərarını təsdiqləyib. Məhkəmə Poqbanın fəaliyyətinin dayandırılmasına qərar verdikdən sonra o, apellyasiya şikayəti verib.