25 aprel 2026. Şənbə

“Yuventus”dan qələbə


“Yuventus”dan qələbə

İtaliya çempionatının altıncı turunun “Cenoa” – “Yuventus” matçı başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Tiaqo Mottanın yetirmələri bu görüşdə 3:0 hesabı ilə qalib gəlib.

48-ci dəqiqədə Kony de Vinterə dəyən penalti zərbəsini Duşan Vlahoviç yerinə yetirib, 7 dəqiqə sonra isə serbiyalı hücumçu komandasının fərqini ikiyə çatdırıb. Son nöqtəni əvəzedici Fransisko Konseysao qoydu. Qələbə sayəsində "Yuventus" hələ də öz qapısından bir qol buraxmayaraq turnir cədvəlində birinci pilləyə yüksəlib. “Cenoa” 16-cı yerdədir.

“Cenoa” – “Yuventus” – 0:3 (0:0).

Qollar: Vlahoviç, 48 (pen) - 0:1; Vlahoviç, 55 – 0:2; Conceicao 90 - 0:3







İtaliya S.A.

“Alleqri taktiki baxımdan dahidir”
  • İtaliya S.A.
  • 22:30 23.04.2026
“Alleqri taktiki baxımdan dahidir”
“Milan” üçün əsas olan xallardır"
  • İtaliya S.A.
  • 23:18 19.04.2026
“Milan” üçün əsas olan xallardır"