5 oktyabr 2024. Şənbə

Keçmiş italyan futbolçu faciəvi şəkildə dünyasını dəyişdi


Keçmiş italyan futbolçu faciəvi şəkildə dünyasını dəyişdi

"Kalyari"nin keçmiş futbolçusu Andrea Kaponenin meyiti otellərdən birində tapılıb.

90deqiqe.Az xəbər verir ki, italiyalı sabiq futbolçu dostlarından birinin ad gününü qeyd etmək üçün oteldə olub. O, oteldə gecələmək qərarına gəlib və səhər saatlarında onun meyiti pilləkənlərdən birinin yanında tapılıb.

Polisin məlumatına görə, 43 yaşlı keçmiş oyunçu pilləkənlərdən yıxılaraq başına güclü zərbə endirməsi keçmiş futbolçunun ölümünə səbəb olub.

Keçmişdə "Kalyari"dən başqa, "Treviso", "Vicenza" və "Salernitana" kimi klublarda çıxış edən Kapone İtaliyanın gənclərdən ibarət komandasında da çıxış edib.







İtaliya S.A.

Milik ilin sonuna qədər oynamayacaq
  • İtaliya S.A.
  • 21:31 02.10.2024
Milik ilin sonuna qədər oynamayacaq