30 iyun 2026. Çərşənbə axşamı

Poqba 2025-ci ilin əvvəlində futbola qayıdacaq


Poqba 2025-ci ilin əvvəlində futbola qayıdacaq

"Yuventus" klubunun yarımmüdafiəçisi Pol Poqbanın cəzası azalıb.

90deqiqe.Az-ın “Daily Mail”a istinadən məlumatına görə, CAS 31 yaşlı yarımmüdafiəçinin dopinqə görə diskvalifikasiya müddətini 4 ildən bir il yarıma endirib.

İddia olunur ki, Poqba 2025-ci ilin yanvar ayından etibarən "Yuventus"la məşq edə biləcək və mart ayında rəsmi oyunlarda iştirakına icazə veriləcək.

Xatırladaq ki, Poqbanın bədənində dopinq aşkarlandığı üçün 2023-cü ilin sentyabrından meydançaya çıxmayıb. Futbolçunun Turin "Yuventus"u ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir. Altı turdan sonra "Yuventus" 12 xalla A Seriyasının turnir cədvəlində ikinci yerdədir.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı