30 iyun 2026. Çərşənbə axşamı

"Yuventus"un müdafiəçisi əməliyyat olundu


"Yuventus"un müdafiəçisi əməliyyat olundu

"Yuventus"un müdafiəçisi Qleison Bremer Fransada əməliyyat olunub.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçunun yaxın günlərdə reabilitasiyaya başlayacağı bildirilir.

Qeyd edək ki, oktyabrın 2-də Çempionlar Liqasının ümumi mərhələsinin ikinci turunun “Leypsiq”lə səfər oyununda (3:2) zədələnən braziliyalıya sol dizindəki ön çarpaz bağın yırtılması və menisküsün zədələnməsi diaqnozu qoyulmuşdu.

Qleison Bremer 2022-ci ildən "Yuventus"da çıxış edir. Bu mövsüm o, klubda 8 oyun keçirib, qol vura bilməyib. Yeddi turun nəticələrinə əsasən, Turin təmsilçisi 13 xalla A Seriyasının turnir cədvəlində 3-cü yerdədir.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı