21 dekabr 2024. Şənbə

Kvaratsxeliya futbolda əsas arzusunu dilə gətirdi


Kvaratsxeliya futbolda əsas arzusunu dilə gətirdi

İtaliyanın "Napoli" klubunun və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya əsas futbol arzusundan danışıb.

90deqiqe.Az-ın məlumatına görə, jurnalist Alfredo Pedulla 23 yaşlı futbolçunun dediklərini belə çatdırıb.

“Klubumla Çempionlar Liqasını qazanmağı xəyal edirəm. Həmişə peşəkar futbolçu olmaq arzusunda idim, amma əvvəlcə mümkünsüz görünürdü. Millinin oyunlarına gedəndə ağlıma belə gətirmirdim ki, bir gün mən də özümü meydanda görəcəyəm, uşaqlar da tribunadan mənə dəstək olacaqlar.

Mən başa düşdüm ki, həyatda hər şey mümkündür, əgər inam və onu həyata keçirmək istəyi varsa. Xəyallar gerçəkləşir. Xviça da arzusunu həyata keçirdi, futbolçu oldu və ölkəsi üçün oynayır.

Son bir neçə ay ərzində biz Gürcüstanın çox şeyə qadir olduğunu göstərdik. Arzumuzun gerçəkləşməsi və dünya çempionatında oynamaq üçün hər şeyi edəcəyik. Biz oraya çata biləcəyimizə inanırıq və bu, ən vacib şeydir. Bu arzunu gerçəkləşdirmək üçün bizim təcrübəmiz və xarakterimiz var”







İtaliya S.A.