15 may 2026. Cümə

"Napoli" Osimheni bu qiymətə satacaq


"Napoli" Osimheni bu qiymətə satacaq

"Napoli"nin liderləri hazırda Türkiyənin "Qalatasaray"ında icarə əsasında çıxış edən nigeriyalı ulduz hücumçu Viktor Osimheni qış transfer pəncərəsində satmağı gözləyir.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Ekrem Konur "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O Neapol təmsilçisinin qışda 25 yaşlı forvard ilə tamamilə ayrılmağa hazır olduğunu və nigeriyalı üçün təxminən 80 milyon avro alacağını təqdirdə satacağını qeyd edib.

Qeyd edək ki, Osimhenin İtaliya komandası ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. Bundan əvvəl mətbuatda nigeriyalının xidmətində PSJ və "Çelsi"nin maraqlı olduğu haqda xəbərlər yayılmışdı.

Xatırladaq ki, Viktor Osimhen cari mövsümdə Türkiyə liqasında “Qalatasaray”ın heyətində 3 oyun keçirib və bu oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.







İtaliya S.A.

Antonio Konte “Napoli”də qala bilər
  • İtaliya S.A.
  • 23:43 14.05.2026
Antonio Konte “Napoli”də qala bilər
“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi