- İtaliya S.A.
- 23:52 25.12.2024
"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba klubda yeni şans qazanacağına ümid etdiyini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, "ESPN" fransalı futbolçunun dediklərini belə çatdırıb.
“Mən hələ Tiaqo Motta ilə danışmamışam və buna ehtiyac da yoxdur – performansım mənim yerimə danışacaq. Məşqçi özü də gördüklərindən nəticə çıxaracaq. Yenidən "Yuventus"da oynamaq üçün puldan imtina etməyə hazıram. Geri qayıtmaq istəyirəm"
Bildiyiniz kimi, “qoca xanım” rəhbərliyi fransalının diskvalifikasiya müddətinin dörd ildən bir il yarıma enməsinə baxmayaraq, onunla ayrılmaq qərarına gəlib. 31 yaşlı futbolçunun özü mart ayında cəza müddəti bitdikdən sonra yenidən futbola qayıdacaq.