- İtaliya S.A.
- 15:41 21.11.2024
"Portu”nun keçmiş sükançısı Serxio Konseysao oğlu Fransiskoya karyerasını İtaliyada davam etdirməyi məsləhət görüb.
90deqiqe.Az xəbər verir ki, jurnalist Alfredo Pedulla onun dediklərini belə çatdırıb.
“O, məndən məsləhət istəyəndə A Seriyasını tövsiyə etdim, çünki söhbət dünyanın ən böyük klublarından biri olan “Yuventus”a keçmək haqqında idi. Bilirdim ki, Fransisko İtaliya liqasında öz keyfiyyətlərini göstərə biləcək. O, güclü komanda yoldaşları və əla məşqçi ilə oynayacaq”
Portuqaliyalı vinger keçən yay icarə əsasında "Portu"dan "Yuventus"a transfer olunub.