14 dekabr 2025. Bazar günü

Sommer: “Bu ritorika deyil, həqiqətdir"


Sommer: “Bu ritorika deyil, həqiqətdir"

“İnter”in qapıçısı Yann Sommer İtaliya A seriyasının cari mövsümündə çempionluğa iddialılar haqqında açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, isveçrəli qolkiper A seriyasında hər matçın çox gərgin keçdiyini bildirib.

“Çox çətin, qeyri-müəyyən bir mövsüm keçirməkdəyik. Biz artıq “Yuventus” və “Napoli”nin nə qədər güclü olduqlarını gördük. Derbidə də uduzmuşuq, “Milan”a diqqət yetirmək lazımdır. A seriyasında hər matç çətin keçir. Bu ritorika deyil, həqiqətdir. Görək kim buna sona qədər dözüb, ayaqda qalacaq”.

Xatırladaq ki, 7 turdan sonra “İnter”14 xalla 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 16 xalla “Napoli” liderlik edir.







İtaliya S.A.

“Komo” hücumçusunu itirdi
  • İtaliya S.A.
  • 21:07 12.12.2025
“Komo” hücumçusunu itirdi