15 avqust 2026. Şənbə

"Yuventus" Perin ilə müqaviləni uzadıb


"Yuventus" Perin ilə müqaviləni uzadıb

"Yuventus"un qapıçısı Mattia Perin müqaviləsini uzadıb.

90deqiqe.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, 31 yaşlı futbolçu ilə 2027-ci ilin ortalarına qədər nəzərdə tutulan əmək müqaviləsi imzalanıb.

2024/2025 mövsümündə Perin "Yuventus"un heyətində dörd oyun keçirib və iki qol buraxıb. Qapıçı Çempionlar Liqasında "Ştutqart"la matçda (0:1 məğlubiyyət) "qoca sinyora"nın heyətində meydanda çıxıb. Hazırda "Yuventus" İtaliya çempionatının turnir cədvəlində üçüncü yerdədir. Tiaqo Mottanın komandası lider "Napoli"dən 3 xal geri qalır.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi