- İtaliya S.A.
- 22:31 10.12.2024
"Napoli"nin baş məşqçisi Antonio Konte cinah hücumçusu Xviça Kvaratsxeliyanın klubdakı gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, "AS" nəşri italyan çalışdırıcının dediklərini belə çatdırıb.
“Hazırda klub və futbolçunun ətrafı arasında danışıqlar gedir, lakin təfərrüatlara girə bilmərəm. Mən Xviçadan xahiş edirəm ki, gördüyü işi davam etdirsin və diqqətini mövsümə yönəltsin. O, peşəkardır. Ümid edirəm ki, hər şey klub, oyunçu və onun agenti üçün ən yaxşı şəkildə alınacaq. Amma onu da bilirəm ki, futbolda hər şey ola bilər. Bütün tərəfləri qane edən razılaşma olmalıdır. Bu razılaşmanın əldə edilib-edilməməsindən asılı olmayaraq, oyunçu diqqətini cəmləməlidir. Mən heç bir problem görmürəm və qalan hər şeyi zaman göstərəcək”
Daha əvvəl mətbuatda "Napoli"nin hücumçu ilə müqaviləni 2029-cu ilə qədər uzatmaq istədiyi barədə məlumat yayılmışdı. Kvaratsxeliyanın hazırkı əmək müqaviləsi 2027-ci ilin yayında başa çatır.