30 iyun 2026. Çərşənbə axşamı

"Roma"nın yeni transferinin debütü gecikir


"Roma"nın yeni transferinin debütü gecikir

"Roma"nın baş məşqçisi İvan Yuriç müdafiəçi Mats Hummels üçün oyun praktikasının olmamasından danışıb. 

90deqiqe.Az xəbər verir ki, "Football Italia" 49 yaşlı çalışdırıcının dediklərini belə çatdırıb.

“Bu mənim onunla bağlı qərarımdır. Mən Matsı əsaslardan birini əvəz edə bilən ehtiyat oyunçu kimi görürəm. O, öz şansını qazanacaq”

Dünən “Roma” öz meydanında Kiyev “Dinamo”su ilə Avropa Liqası matçında 1:0 hesabı ilə qalib gəlib. Hummels bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib. Yaxın gələcəkdə romalılar bir həftə ərzində A Seriyasında üç oyun keçirəcək - "Fiorentina", "Torino" və "Verona".

Xatırladaq ki, “Bavariya” və Dortmund “Borussiya”sının sabiq futbolçusu Roma klubu ilə sentyabrda 2025-ci ilin yayına qədər müqavilə imzalayıb. Bundan sonra 35 yaşlı Hummels "Roma"nın heyətində bir dəfə də olsun meydana çıxmadı.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı