- İtaliya S.A.
- 11:16 03.12.2024
Futbol üzrə İtaliya çempionatının 9-cu turu çərçivəsində keçirilən "Fiorentina" - "Roma" matçı başa çatıb.
90deqiqe.Az xəbər verir ki, görüş Florensiyanın (İtaliya) “Artemio Franchi” stadionunda baş tutub. Başlanğıc fiti Bakı vaxtı ilə saat 23:45-də səslənib. Matç 5:1 hesabı ilə "Fiorentina"nın xeyrinə başa çatıb.
Meydan sahiblərinin heyətində Moise Kin dubla, Lukas Beltran və Edoardo Bove hərəyə bir qol vurub. Qonaqlar Manu Konenin dəqiq zərbəsi ilə cavab verdilər. Eyni zamanda Mats Hummels öz qapısına qol vurub.
Qeyd edək ki, "Roma" Mario Hermosonun qırmızı vərəqə alaraq meydandan qovulması ilə 65-ci dəqiqədən azlıqda qalıb.
“Fiorentina” 16 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Roma” 10 xalla 11-cidir.