28 oktyabr 2024. Bazar ertəsi

Balotelli İtaliyaya qayıdacağı barədə danışdı


Balotelli İtaliyaya qayıdacağı barədə danışdı

Hücumçu Mario Balotelli "Cenoa"ya keçəcəyi ilə bağlı yayılan iddialara görə açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, jurnalist Canluka Di Marzio italyan forvardın dediklərini belə çatdırıb.

“Mən çox həyəcanlıyam. Əslində danışmaq istəmirəm, amma artıq başlamaq istəyirəm... Bütün "Cenoa" azarkeşlərinə salam deyirəm. Mən hər şeyimi verəcəm”

Daha əvvəl 34 yaşlı futbolçunun cari mövsümün sonuna qədər İtaliya klubu ilə müqavilənin şərtlərini razılaşdırdığı bildirilirdi.

İtaliyalı hücumçunun son iş yeri türkiyəli “Adana Dəmirspor” olub. Mario Balotellinin karyerasında ən diqqət çəkən klublar 2010-cu ildə Çempionlar Liqasının qalibi olduğu "Mançester Siti", "Liverpul", "Milan" və "İnter" olub. Doqquz oyunun nəticəsinə əsasən, "Cenoa" A Seriyasının turnir cədvəlində 6 xalla 18-ci yerdədir.







İtaliya S.A.

"İnter" "Yuventus"la bərabərə qaldı
  • İtaliya S.A.
  • 22:59 27.10.2024
"İnter" "Yuventus"la bərabərə qaldı
"Atalanta”dan darmadağın
  • İtaliya S.A.
  • 00:42 27.10.2024
"Atalanta”dan darmadağın
"Yuventus" Perin ilə müqaviləni uzadıb
  • İtaliya S.A.
  • 17:09 23.10.2024
"Yuventus" Perin ilə müqaviləni uzadıb