8 iyul 2026. Çərşənbə

Morata xəstəxanaya yerləşdirilib


Morata xəstəxanaya yerləşdirilib

"Milan"ın hücumçusu Alvaro Morata məşqdə aldığı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, zədəyə səbəb müdafiəçi Strahinja Pavloviç ilə toqquşma olub.

MRT-dən keçən 32 yaşlı futbolçuda ciddi zədə aşkar edilməyib, lakin Morata növbəti gecəni həkim nəzarətində keçirəcək.

İspan oyunçu A Seriyasının 12-ci turunun noyabrın 9-da “Kalyari” ilə səfər matçını buraxa bilər. Bu mövsüm Alvaro Morata "Milan"ın heyətində 12 oyun keçirib, 3 qol vurub və iki məhsuldar ötürmə edib. 10 oyunun nəticəsinə əsasən, "rossonerilər" İtaliya çempionatının turnir cədvəlində 17 xalla 7-ci yerdədir.







İtaliya S.A.

Menyan "Çelsi"yə keçə bilər
  • İtaliya S.A.
  • 22:59 03.07.2026
Menyan "Çelsi"yə keçə bilər
"Roma" Dibalanı komandada saxlayır
  • İtaliya S.A.
  • 22:28 02.07.2026
"Roma" Dibalanı komandada saxlayır
"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması