- İtaliya S.A.
- 10:16 13.12.2024
Təcrübəli mütəxəssis Klaudio Ranyeri "Roma"nın baş məşqçisi olmağa yaxındır.
90deqiqe.Az xəbər verir ki, 73 yaşlı mütəxəssisin paytaxt klubuna qayıtmasında danışıqlar yekunlaşmaq üzrədir. Tərəflər 2025-ci ilin yayına qədər müqavilə bağlamağa yaxındırlar.
İtaliyalı qovulan İvan Yuriçin yerini tutacaq.
Əvvəllər Klaudio Ranyeri artıq “Roma”nın sükançısı kimi çalışıb: birinci gəliş 2009-2011, ikinci gəliş 2019-cu ilə təsadüf edir.
Xatırladaq ki, ötən mövsüm başa çatdıqdan sonra Ranyeri “Kalyari”dən ayrılaraq məşqçilik karyerasını başa vurduğunu açıqlasa da, cəmi 5 aydan sonra biznesə qayıdacaq kimi görünür.