- İtaliya S.A.
- 22:50 13.11.2024
"Milan"ın hücumçusu Rafael Leau baş məşqçi Paulo Fonseka ilə münasibətindən danışıb.
90deqiqe.Az xəbər verir ki, "Football Italia" 25 yaşlı futbolçunun dediklərini belə çatdırıb.
“Bu, mövsüm irəlilədikcə baş verə bilər. Məşqçiyə qarşı heç nəyim yoxdur, necə ki, onun da mənə qarşı heç bir şeyi yoxdur. Hər şey həll olunub. Təbii ki, ehtiyat oyunçular skamyasında oturmağı xoşlamıram, amma qərarları o verir və mən bir oyunçu kimi onlara hörmət etməliyəm. Meydanda olanda komandaya kömək etmək üçün əlimdən gələni etməyə çalışıram”
Xatırladaq ki, Fonseka dəfələrlə ulduz oyunçunu ehtiyat oyunçular skamyasında qoyub, buna görə də Fonseka ilə Leau arasında gərgin münasibətlər barədə şayiələr yayılıb.
Portuqaliyalı futbolçu bu mövsüm “rossonerilər”in heyətində 14 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.