24 aprel 2026. Cümə

A seriyasında ilin ən yaxşı məşqçisinə üç namizəd


A seriyasında ilin ən yaxşı məşqçisinə üç namizəd

İtaliya A Seriyasında 2024-cü ilin ən yaxşı məşqçisi üçün səsvermə başlayıb.

90deqiqe.Az xəbər verir ki, nüfuzlu fərdi mükafat uğrunda üç mütəxəssis mübarizə aparır. Ən yaxşı məşqçi adı uğrunda aşağıdakılar mübarizə aparacaqlar: Simone İnzaqi ("İnter"), Can Piero Qasperini (“Atalanta”) və Tiaqo Motta ("Bolonya"/"Yuventus").

Nominasiyanın qalibi dekabrın 2-də keçiriləcək mərasimdə elan olunacaq. Cari İtaliya çempionatının 12 turundan sonra "Napoli" 26 xalla liderdir. “Atalanta” 25 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 25 xalla “Fiorentina” qapayır. Sonra "İnter" və "Latsio" gəlir.







İtaliya S.A.

“Alleqri taktiki baxımdan dahidir”
  • İtaliya S.A.
  • 22:30 23.04.2026
“Alleqri taktiki baxımdan dahidir”
“Milan” üçün əsas olan xallardır"
  • İtaliya S.A.
  • 23:18 19.04.2026
“Milan” üçün əsas olan xallardır"