30 iyun 2026. Çərşənbə axşamı

Quenduzi "Latsio"nun mövsüm üçün hədəflərini açıqlayıb


Quenduzi "Latsio"nun mövsüm üçün hədəflərini açıqlayıb

"Latsio"nun yarımmüdafiəçisi Matteo Quenduzi klubunun mövsüm üçün hədəfləri ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, “La Gazzetta dello Sport” 25 yaşlı futbolçunun dediklərini belə çatdırıb.

“Çempionlar Liqasına qayıtmaq istərdim və bunun üçün çempionatı ilk dördlükdə bitirməliyik. Əlbəttə, bu, asan olmayacaq, çünki İtaliyada Çempionlar Liqasına vəsiqə qazanmağa qadir olan 7-8 komanda var, cədvəl çox sıxdır, lakin biz rəqabətədavamlı olduğumuzu göstəririk”

12 turdan sonra "Latsio" İtaliya çempionatının turnir cədvəlində beşinci yerdədir, liderlə fərq cəmi bir xaldır. Növbəti mərhələdə romalılar “Bolonya”nı qəbul edəcək.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı