- İtaliya S.A.
- 21:19 25.11.2024
"Yuventus"un keçmiş hücumçusu Alessandro Del Pyero İtaliya Futbol Federasiyasının (FIGC) yeni rəhbəri ola bilər.
90deqiqe.Az xəbər verir ki, 50 yaşlı Del Pyero təşkilatın prezidenti vəzifəsinə namizədliyini irəli sürmək variantını nəzərdən keçirir. FIGC-nin yeni sükançısı üçün seçki 3 fevral 2025-ci ildə keçiriləcək.
Federasiyanın hazırkı rəhbəri 2018-ci ildən FIGC-yə rəhbərlik edən Qabriele Qravinadır. Alessandro Del Pyero 1993-2012-ci illərdə "Yuventus"da çıxış edib. Klubla birlikdə 16 kubok, o cümlədən A Seriyasında 6 dəfə qızıl və 1996-cı ildə Çempionlar Liqasının qalibi olub. 2006-cı ildə Del Pyero İtaliya millisinin tərkibində dünya çempionu olub.