7 iyul 2026. Çərşənbə axşamı

"Komanda mənə inanmağa davam etsə, biz bu vəziyyətdən çıxacağıq"


"Komanda mənə inanmağa davam etsə, biz bu vəziyyətdən çıxacağıq"

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri “Atalanta”ya məğlubiyyətdən (0:2) sonra komandasını təslim olmamağa çağırıb.

90deqiqe.Az xəbər verir ki, “Sky Sport Italia” 73 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb.

“Əgər komanda indiki kimi mənim ideyalarıma inanmağa davam etsə, biz bu vəziyyətdən çıxa bilərik. Mübarizəmizi davam etdirməliyik, çətinliklər qarşısında təslim olmamalıyıq. Futbolçunun təslim olub-olmadığını heç vaxt başa düşməyəcəyəm. Gücümüz tükənənə qədər meydanın hər yerində hər top üçün mübarizə aparmalıyıq”

14 turdan sonra "Roma" İtaliya çempionatının turnir cədvəlində 15-ci pillədə qərarlaşıb, aşağı liqa zonasından fərq cəmi iki xaldır.







İtaliya S.A.

Menyan "Çelsi"yə keçə bilər
  • İtaliya S.A.
  • 22:59 03.07.2026
Menyan "Çelsi"yə keçə bilər
"Roma" Dibalanı komandada saxlayır
  • İtaliya S.A.
  • 22:28 02.07.2026
"Roma" Dibalanı komandada saxlayır
"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması