- İtaliya S.A.
- 23:10 11.12.2024
"Sampdoriya" klubunun yeni baş məşqçisi bəlli olub.
90deqiqe.Az xəbər verir ki, İtaliya klubunun sükanı Leonardo Sempliçiyə tapşırılıb.
57 yaşlı mütəxəssislə bağlanan müqavilənin müddəti açıqlanmayıb.
Leonardo Sempliçi bir il yarım idi ki, klubsuz idi. 2022/2023 mövsümünün sonunda mütəxəssis "Spezia"dan ayrılıb. Sempliçi əvvəllər İtaliyanın digər komandalarını çalışdırıb. Leonardo ən uzun müddət SPAL klubunda - 2014-2020-ci illərdə çalışıb. "Sampdoriya" hazırda B Seriyasında, yəni İtaliyanın ikinci ən yüksək futbol divizionunda çıxış edir. Orada komanda indi turnir cədvəlində cəmi 15-ci yeri tutur.