- İtaliya S.A.
- 23:10 11.12.2024
"Roma"da icarə əsasında çıxış edən "Milan"ın yarımmüdafiəçisi Aleksis Saelemakers gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, "TMW " 25 yaşlı futbolçunun dediklərini belə çatdırıb.
“Roma"da dərhal özümü rahat hiss etdim, bir ailədəki kimi, hər şeyi bəyənirəm. Əsas odur ki, futbol oynayıb komandaya fayda verək. Karyeramı hansı klubda davam etdirəcəm? Bu məndən asılı deyil. İndi bütün diqqətimi “Roma”da oynamağa yönəltmişəm”
Belçikalı bu mövsüm cəmi 6 matçda iştirak edib və bir qol vurub, zədə səbəbindən bir neçə ayı buraxıb. "Roma" və "Milan" arasındakı icarə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub.