30 iyun 2026. Çərşənbə axşamı

"Hernandez "Milan" ilə müqaviləni uzatmaq istəyir"


"Hernandez "Milan" ilə müqaviləni uzatmaq istəyir"

"Milan"ın müdafiəçisi Teo Hernandezin maraqlarını təmsil edən agent Manuel Qarsia Quilon müştərisinin gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "Football Italia" onun dediklərini belə çatdırıb.

“Milan" rəhbərliyi ilə görüş Teonun müqaviləsi ilə bağlı deyil, vergi məsələləri ilə bağlı idi. Vaxtı gələndə yenilənmədən danışacağıq. Hernandezin istəyində heç nə dəyişməyib, o, "Milan"da qalmaq istəyir. Teo son matçda ehtiyat oyunçular skamyasında? Bu qərarları verən o deyil. Teo komanda yoldaşlarına hörmət edir. Eyni vəziyyət Leau ilə də baş verdi, məşqçinin qərarlarına hörmət etmək lazımdır”

27 yaşlı fransız bu mövsüm "Milan"ın heyətində bütün turnirlərdə 18 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı