5 dekabr 2025. Cümə

Paredes gələcəyi ilə bağlı qərar verib


Paredes gələcəyi ilə bağlı qərar verib

"Roma"nın yarımmüdafiəçisi Leandro Paredes daha uzun müddət komandada qala bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Nikolo Şira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O argentinalı yarımmüdafiəçinin paytaxt klubunda qalmağa qərar verdiyini qeyd edib.

Bunun komandaya Klaudio Ranyerinin başçılıq etməsi ilə bağlı olduğu bildirilir.

Hazırda futbolçunun komandası ilə mövsümün sonuna qədər əmək müqaviləsi var, lakin tərəflər tezliklə onu uzada bilər.

Paredes İtaliya klubunun forması ilə 13 oyuna çıxıb, bir qol vurub  və iki məhsuldar ötürmə edib.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”