- İtaliya S.A.
- 17:09 17.01.2025
"Yuventus"un baş məşqçisi Tiaqo Motta PSJ-nin fransalı hücumçusu Kolo-Muaninin Turin klubuna keçəcəyini təsdiqləyib.
90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrizio Romano mütəxəssisin dediklərini belə çatdırıb.
“Kolo Muani “Yuventus”un yeni oyunçusu olacaq, hər şey qaydasındadır. Biz rəsmi sənədləri gözləyirik, ondan sonra o, oynamağa hazır olacaq."
Kolo Muani bu mövsüm bütün turnirlərdə 14 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Hücumçunun PSJ ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 30 milyon avro olaraq qiymətləndirilir. Xatırladaq ki, fransalı 2023-cü ilin yayında 95 milyon avroya Paris klubuna keçib.