- İtaliya S.A.
- 20:13 27.01.2025
"Milan"ın müdafiəçisi Davide Kalabria İtaliya A Seriyasının 22-ci turunda "Parma"ya qalib gəldikləri oyundan (3:2) sonra klubun baş məşqçisi Serxio Konseysao ilə münaqişəsini şərh edib.
90deqiqe.Az xəbər verir ki, jurnalist Nikolo Şkira futbolçunun dediklərini belə çatdırıb.
"Konseysao ilə münaqişə? Bu, komanda işidir. Adrenalin çox yüksək idi, amma anlaşılmazlıq idi. Hər şeyi həll etdik, hər şey bitdi. İndi bu kadrları görəndə gülürəm.Mən də üzr istəyirəm, çünki bu gözəl deyildi".
Yada salaq ki, “Parma” ilə matçdan sonra hələ meydanda olarkən Konseysao Kalabriyaya qaçaraq futbolçuya qışqırmağa başlayıb, həm də onu sinəsindən sıxıb. Bundan sonra komanda yoldaşları münaqişə iştirakçılarını müxtəlif istiqamətlərdə ayırıblar.