- İtaliya S.A.
- 23:07 28.01.2025
Radja Nainqqolan bir həftədən az əvvəl Belçika ikinci divizionundan "Sportinq Lokeren" ilə müqavilə imzalayaraq futbola qayıdıb.
90deqiqe.Az xəbər verir ki, HLN klubu 36 yaşlı yarımmüdafiəçinin həbsi ilə bağlı xəbər yayıb.
Nainqqolan Cənubi Amerikadan Antverpen limanı vasitəsilə Avropaya narkotik qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib. Nainqqolanın konkret nədə ittiham olunduğu hələlik məlum deyil.
“Polis şərh vermir və təqsirsizlik prezumpsiyasına hörmətlə yanaşır. Biz klub olaraq bununla razılaşırıq. Biz yalnız futbolçunun səhər məşqində iştirak etmədiyini təsdiqləyə bilərik”, - deyə klubdan bildiriblər.
Yeri gəlmişkən, Radja Nainqqolan “Sportinq Lokeren”in heyətində debüt matçında künc zərbəsindən qol vurub.