30 iyun 2026. Çərşənbə axşamı

"Atalanta" Maldini ilə gücləndi


"Atalanta" Maldini ilə gücləndi

Əfsanəvi Paolo Maldininin oğlu, yarımmüdafiəçi Daniel Maldini "Atalanta"ya keçib.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Berqamo klubu "Montsa"dan 23 yaşlı futbolçunun transfer edib.

"Atalanta"nın Maldini transferi üçün 10 milyon avro ödədiyi bildirilir.

2024/2025 mövsümünün ilk hissəsində Daniel Maldini 21 oyun keçirib, üç qol vurub və bir məhsuldar ötürmə edib. 

Qeyd edək ki, "Atalanta" hazırda İtaliya çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Komanda lider “Napoli”dən 7 xal geri qalır.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı