2 fevral 2025. Bazar günü

"Roma"nın futbolçusu Premyer Liqa yolunda


"Roma"nın futbolçusu Premyer Liqa yolunda

"Roma"nın türk müdafiəçisi Zeki Çelik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

 90deqiqe.Az "Corriere Dello Sport"a istinadən xəbər verir ki, "Fulhem" klubu 27 yaşlı futbolçunun xidmətində maraqlıdır. Premyer Liqa klubu artıq futbolçunun icarə əsasında transferi üçün "canavarlar"a təklif də göndərib.

Transfer pəncərəsinin bağlanmasına çox az vaxt qaldığından İtaliya təmsilçisi hələ ki, ayrılmaq istəmir.

“Roma” yalnız onu əvəz edə biləcək futbolçu transfer edərsə, Zekinin ayrılmasıa razılıq verəcək.

Çelik bu mövsüm bütün turnirlərdə 22 oyun keçirib və bir məhsuldar ötürmə edib.







İtaliya S.A.

"Yuventus"dan darmadağın
  • İtaliya S.A.
  • 17:29 02.02.2025
"Yuventus"dan darmadağın
"Atalanta" Maldini ilə gücləndi
  • İtaliya S.A.
  • 19:39 01.02.2025
"Atalanta" Maldini ilə gücləndi