30 iyun 2026. Çərşənbə axşamı

"İnter" Zalevskinin transferini açıqladı


"İnter" Zalevskinin transferini açıqladı

Polşalı yarımmüdafiəçi Nikola Zalevski paytaxtın “Roma” klubundan “İnter” klubuna keçib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “neradzurri”nin mətbuat xidməti məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi icarə əsasında Milan nəhənginə keçib. Müqavilədə futbolçunun birdəfəlik almaq variantı da var. Nikola cari mövsümün sonuna kimi "İnter"də çıxış edəcək.

Mövsümün ilk hissəsində Zalevski 17 matçda iştirak edərək 2 məhsuldar ötürmə edib. Onun transfer dəyəri 10 milyon avro qiymətləndirilir. Hazırda "İnter" 50 xalla İtaliya çempionatının turnir cədvəlində ikinci yerdədir.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı