15 may 2026. Cümə

"Fiorentina" PSJ-nin yarımmüdafiəçisini alıb


"Fiorentina" PSJ-nin yarımmüdafiəçisini alıb

 PSJ-dən gənc yarımmüdafiəçi Şer N'Dur karyerasını "Fiorentina"da davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, Florensiya təmsilçisi italyan oyunçu ilə dörd il yarımlıq müqavilə imzalayıb. İtaliya klubu bu transfer üçün 5 milyon avro ödəyib.

20 yaşlı futbolçu mövsümün ilk yarısını "Beşiktaş"da keçirib. “Qartallar”ın düşərgəsində bütün turnirlərdə 22 oyun keçirib, bir qol vurub, iki məhsuldar ötürmə edib. Daha əvvəl "Fiorentina" italyan hücumameyilli yarımmüdafiəçi Nikolo Zaniolo ilə müqavilə imzaladığını açıqlamışdı. İtaliya A Seriyasının cari mövsümündə "bənövşəyilər" 39 xalla 5-ci pillədə qərarlaşıb, klub Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır.







İtaliya S.A.

Antonio Konte “Napoli”də qala bilər
  • İtaliya S.A.
  • 23:43 14.05.2026
Antonio Konte “Napoli”də qala bilər
“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi