30 iyun 2026. Çərşənbə axşamı

Feliks "Çelsi"ni "Milan"a dəyişdi


Feliks "Çelsi"ni  "Milan"a dəyişdi

"Çelsi"nin hücumçusu Joao Feliks cari mövsümün ikinci yarısını icarə əsasında "Milan"da keçirəcək.

90deqiqe.Az xəbər verir ki, tərəflər futbolçunun transferi ilə bağlı razılığa gəlib. "Milan" 25 yaşlı forvardın icarəsi üçün "Çelsi"yə 6 milyon avro ödəyəcək.

Müqavilədə satın alma bəndinin olmadığı bildirilir.

"Milan" portuqaliyalı oyunçunun bütün maaşını ödəyəcək.

Qeyd edək ki, indiki İngiltərə Premyer Liqasında Feliks cəmi 12 matçda iştirak edib. Bu müddətdə o, bir qol vurub, bir məhsuldar ötürmə edib.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı