19 may 2026. Çərşənbə axşamı

Abraham "Roma"ya qarşı dublunu şərh edib


Abraham "Roma"ya qarşı dublunu şərh edib

"Milan"ın hücumçusu Temmi Abraham İtaliya kubokunun 1/4 final mərhələsində "Roma" ilə matçda (3:1) dubl edib. 

90deqiqe.Az xəbər verir ki, "Sport Mediaset" ingilis futbolçunun dediklərini belə çatdırıb.

“Qələbəyə çox şadam, biz buna layiq idik. İndi sağalıb növbəti matça hazırlaşmalıyıq. “Roma” azarkeşləri mənə fit çalırlar? Bu, xoşagəlməz haldır, amma bu, futbolda olur"

İngilis futbolçu matçın 16 və 42-ci dəqiqələrində romalıların qapısına qol vurub. Xatırladaq ki, forvard “Roma”ya məxsusdur, o, “Milan”da icarə əsasında çıxış edir.

Tammi Abraham "rossonerilər"in heyətində bütün yarışlarda 28 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə edib.







İtaliya S.A.

“Fiorentina”da ciddi itki
  • İtaliya S.A.
  • 23:30 18.05.2026
“Fiorentina”da ciddi itki
“Latsio” Sarriyə əvəzləyici tapıb
  • İtaliya S.A.
  • 22:54 18.05.2026
“Latsio” Sarriyə əvəzləyici tapıb
Antonio Konte “Napoli”də qala bilər
  • İtaliya S.A.
  • 23:43 14.05.2026
Antonio Konte “Napoli”də qala bilər
“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”