- İtaliya S.A.
- 11:04 21.02.2025
"Milan"ın hücumçusu Joao Feliks komandanın baş məşqçisi Serxio Konseysao ilə işləməkdən danışıb.
90deqiqe.Az "Milan News"a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Konseysaonun futbolu və qalibiyyəti sevdiyini və bunu oyunçularına ötürməyə çalışdığını və onun bu səbəbdən işlədiyi hər yerdə uğur qazandığını qeyd edib.
"Mən əminəm ki, o, "Milan"da da uğur qazanacaq"
Xatırladaq ki, Joao Feliks bu qış transfer pəncərəsində icarə əsasında Londonun "Çelsi" klubundan Milan klubuna keçmişdi. A seriyasında portuqaliyalılar iki matçda “rossoneri”nin heyətində çıxış etməyi bacarıb. Serxio Konseysaonun rəhbərlik etdiyi "Milan" hazırda A Seriyasında 7-ci yerdədir.