15 may 2026. Cümə

"İnter" əsas qapıçısını itirib


"İnter" əsas qapıçısını itirib

"İnter" əsas qapıçısı Yann Sommeri zədə səbəbindən itirib.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, isveçrəli futbolçuya sağ əlinin baş barmağının proksimal falanksının başının sınığı diaqnozu qoyulub.

"Neradzurrilər" 36 yaşlı oyunçunun sağalma müddəti ilə bağlı heç bir təfərrüat açıqlamayıb. Lakin İtaliya mətbuatının məlumatına görə, Sommerin sağalması üçün təxminən bir ay vaxt lazım olacaq.  Bu isə o deməkdir ki, təcrübəli qolkiper İtaliya kubokunda "Latsio"ya qarşı, A Seriya çempionatında "Napoli"yə qarşı matçda və Çempionlar Liqasının 1/16 final mərhələsinin ilk oyununda iştirak edə bilməyəcək.

"İnter" hazırda A Seriyasında "Napoli"dən 2 xal geri qalaraq ikinci yerdədir. Simone İnzaqinin komandası növbəti oyununu şənbə günü, fevralın 22-də doğma meydanda “Genoa”ya qarşı keçirəcək.







İtaliya S.A.

Antonio Konte “Napoli”də qala bilər
  • İtaliya S.A.
  • 23:43 14.05.2026
Antonio Konte “Napoli”də qala bilər
“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi