30 iyun 2026. Çərşənbə axşamı

"Heç vaxt baş məşqçi ilə mübahisə etməmişəm"


"Heç vaxt baş məşqçi ilə mübahisə etməmişəm"

"Milan"ın yarımmüdafiəçisi Kristian Pulişiç komandanın baş məşqçisi Serxio Konseysao ilə mümkün münaqişə ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, "ESPN" amerikalı futbolçunun dediklərini belə çatdırıb.

“Mən heç vaxt baş məşqçi ilə mübahisə etməmişəm və transfer istəməmişəm. Klubda hər şeydən razıyam, burada çıxışımı davam etdirmək istəyirəm. Bu yalanı oxumaq istəmirəm. Biz birləşməliyik və klub üçün birlikdə mübarizə aparmalıyıq 

İddialara görə, “rossonerilər” UEFA Çempionlar Liqasından kənarlaşdırıldıqdan sonra tərəflər arasında fikir ayrılığı yaranıb.

Xatırladaq ki, “Milan” pley-offda Hollandiyanın “Feyenoord” klubuna uduzaraq Çempionlar Liqasından kənarlaşdırılmışdı. Komanda A Seriyasında yeddinci yerdədir.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı