20 aprel 2025. Bazar günü

Qasperini "Atalanta" ilə müqaviləsini yeniləmək istəmir


Qasperini "Atalanta" ilə müqaviləsini yeniləmək istəmir

İtaliyanın "Atalanta" klubunun baş məşqçisi Can Pyero Qasperini 2026-cı il iyunun 30-da başa çatacaq müqaviləsi ilə bağlı vəziyyəti şərh edib.

90deqiqe.Az xəbər verir ki, "Sky Sport" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

“Əvvəllər deyildiyi kimi, hər şeyin başlanğıcı və sonu var. Bu mövsümün sonunda görəcəyik ki, müqaviləmi sona qədər görməliyəm, yoxsa mövsümün sonunda klubu tərk etməliyəm”

Can Pyero Gasperini 2016-cı ildən "Atalanta"da çalışır. Bu müddət ərzində İtaliya klubu 2023/2024 mövsümündə Avropa Liqasının qalibi olub və üç dəfə İtaliya çempionatında bürünc medal qazanıb.

Bu mövsüm keçirilən 25 matçdan sonra "Atalanta" 51 xalla A Seriyasının turnir cədvəlində 3-cü yerdədir.







İtaliya S.A.

"Milan" Abrahamla bağlı qərar verib
  • İtaliya S.A.
  • 22:20 16.04.2025
"Milan" Abrahamla bağlı qərar verib
"Yuventus"dan çətin qələbə
  • İtaliya S.A.
  • 00:36 13.04.2025
"Yuventus"dan çətin qələbə
"İnter"dən qələbə
  • İtaliya S.A.
  • 22:05 12.04.2025
"İnter"dən qələbə