7 aprel 2026. Çərşənbə axşamı

Məşqçinin əlini sıxmadı


Məşqçinin əlini sıxmadı

İtaliya çempionatının 26-cı turunda "Atalanta" səfərdə "Empoli"ni 5:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az xəbər verir ki, Berqamo təmsilçisinin hücumçusu Ademola Lukman sözügedən matçda dubla imza atıb. Matçın sonlarına yaxın komandanın baş məşqçisi Can Piero Qasperini Lukmanı Xuan Kuadrado ilə əvəzləyib. Ademola isə meydanı tərk edərkən baş məşqçisinin əlini sıxmayıb.

Xatırladaq ki, mütəxəssis daha əvvəl futbolçunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində Belçikanın "Brügge" ilə matçında (1:3) qaçırılan penaltiyə görə tənqid etmişdi. Bu mövsüm nigeriyalı futbolçu Berqamo komandasının heyətində 29 matçda iştirak edib. Ademola 17 qol vurub və 7 məhsuldar ötürmə edib.







İtaliya S.A.

“Yuventus”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:11 06.04.2026
“Yuventus”dan inamlı qələbə
Konte İtaliya millisinə qayıda bilər
  • İtaliya S.A.
  • 22:27 05.04.2026
Konte İtaliya millisinə qayıda bilər
"Bastoni "İnter"də xoşbəxtdir"
  • İtaliya S.A.
  • 23:54 04.04.2026
"Bastoni "İnter"də xoşbəxtdir"
“Milan"dan ayrılmıram”
  • İtaliya S.A.
  • 23:22 04.04.2026
“Milan"dan ayrılmıram”