- İtaliya S.A.
- 23:04 24.02.2025
"İnter"in hücumçusu Markus Tyuram "neradzurri"nin istirahət günündə fərdi məşq edib.
90deqiqe.Az "FCInter1908"ə istinadən xəbər verir ki, forvard beləliklə topuq problemini mümkün qədər tez həll etməyə çalışır.
“İnter” “Cenoa” üzərində 1:0 hesablı qələbədən sonra bir günlük istirahətə buraxılıb. Tyuram zədəsini sağaltmaq mərhələsindədir.
Fransız futbolçunun məqsədi gələn həftəsonu "Napoli" ilə keçiriləcək vacib oyuna hazır olmaqdır.
O, fevralın 10-da "Fiorentina" ilə oyunda topuğundan zədə alıb. 27 yaşlı forvard bu mövsüm "İnter"in heyətində bütün turnirlərdə 33 oyun keçirib, 14 qol vurub və 8 məhsuldar ötürmə edib.