7 aprel 2026. Çərşənbə axşamı

"Yuventus" Tiaqo Mottanın gələcəyi bağlı qərar verib


"Yuventus" Tiaqo Mottanın gələcəyi bağlı qərar verib

"Yuventus"un idman direktoru Kriştiano Giuntoli İtaliya kubokunun 1/4 finalında "Empoli"yə məğlubiyyətdən (1:1, 2:4 pen.) sonra Tiaqo Mottanın komandanın baş məşqçisi kimi gələcəyindən danışıb.

90deqiqe.Az xəbər verir ki,  jurnalist Fabrizio Romano funksionerin dediklərini belə çatdırıb. 

"Tiaqo Mottanın işi təhlükə altında deyil. Biz bu layihəyə inanırıq, çünki dəyər yaradırıq və bu, klub üçün vacib plandır. Eyni zamanda, dünən keçirilən matçın qəbuledilməz olması ilə bağlı Tiaqo ilə tamamilə razıyıq"

Xatırladaq ki, Tiaqo Motta 2024-cü ilin yayında "Yuventus"un baş məşqçisi olub. Mütəxəssis əvvəllər Boloniyaya rəhbərlik edib.

Turinlilər 26 turdan sonra 49 xalla A Seriyasının turnir cədvəlində dördüncü yerdədir.







İtaliya S.A.

“Yuventus”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:11 06.04.2026
“Yuventus”dan inamlı qələbə
Konte İtaliya millisinə qayıda bilər
  • İtaliya S.A.
  • 22:27 05.04.2026
Konte İtaliya millisinə qayıda bilər
"Bastoni "İnter"də xoşbəxtdir"
  • İtaliya S.A.
  • 23:54 04.04.2026
"Bastoni "İnter"də xoşbəxtdir"
“Milan"dan ayrılmıram”
  • İtaliya S.A.
  • 23:22 04.04.2026
“Milan"dan ayrılmıram”