30 iyun 2026. Çərşənbə axşamı

"Milan" mənim ikinci evimdir"


"Milan" mənim ikinci evimdir"

"Milan"ın yarımmüdafiəçisi Tijani Reynders klubu ilə müqaviləsini uzatması ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Football Italia" 26 yaşlı futbolçunun dediklərini belə çatdırıb.

“Bu, böyük bir iltifatdır, müqaviləmi uzatdığım üçün çox fəxr edirəm. "Milan" bir ailə kimidir və mən növbəti mövsümləri səbirsizliklə gözləyirəm. Bu, mənim ikinci evimdir və mən çox xoşbəxtəm”

Niderlandlı oyunçunun "Milan"la yeni müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub.

Reyndersin yeni müqaviləsində onun maaşının bonuslar istisna olmaqla illik 1,7 milyon avrodan 3,5 milyon avroya yüksəldiyi bildirilir. Martın 8-də “Milan” səfərdə “Leççe” ilə qarşılaşacaq. A Seriyasının 28-ci turunun oyununun Bakı vaxtı ilə saat 21:00-da başlaması nəzərdə tutulub.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı