30 iyun 2026. Çərşənbə axşamı

"İnter" müdafiəçisini itirib


"İnter" müdafiəçisini itirib

"İnter" klubunun müdafiəçisi Federiko Dimarko yaxın vaxtlarda komandasına kömək edə bilməyəcək.

90deqiqe.Az "Pazzi di Fanta"ya istinadən xəbər verir ki, tibbi müayinədən sonra italyan oyunçunun sağ budunda əzələ gərginliyi aşkarlanıb. Bu səbəbdən "İnter"in sol cinah müdafiəçisi təxminən iki-üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

Dimarko qarşıdakı Çempionlar Liqası və ölkə çempionatı matçlarında mütləq Milan klubuna kömək edə bilməyəcək.

27 yaşlı futbolçu A seriyasında "Napoli" ilə matçda zədələnib.

Xatırladaq ki, bu mövsüm Federiko Dimarko “İnter”in heyətində İtaliya çempionatında 24 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı